Eastnews.org-un verdiyi xəbərə görə, Suriya ərazisində qarşıdurmada olan tərəflər arasında atəşkəs rejiminin başlaması barədə razılıq əldə edildiyi bildirilib.

Bu barədə açılama verən Türkiyə Xarici İşlər Nazirliyi "Suriyada toqquşan tərəflər arasında ölkə daxilində 30 dekabr saat 00:00 etibarilə atəşkəs başlaması barədə razılığa gəlinib", - deyə məlumat verilib.

Öz növbəsində məsələ ilə bağlı Rusiya Federasiyasının prezidenti Vladimir Putin də açıqlama verib. O, Suriyada hökumət qüvvələri ilə silahlı müxaliflər arasında atəşkəsin təmin olunduğunu açıqlayıb. Putin bildirib ki, artıq atəşkəs müqaviləsi imzalanıb.

Açıqlamada Suriyada əldə olunan atəşkəs razılığı ilə bağlı "Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatı olaraq qəbul edilən qruplar bu razılığın xaricdədir. Bu tənzimləməyə Türkiyə və Rusiya Federasiyası təminatçı olaraq dəstək verir", - sözləri vurğulanıb.
20 likes
  • eastnews_ Eastnews.org-un verdiyi xəbərə görə, Suriya ərazisində qarşıdurmada olan tərəflər arasında atəşkəs rejiminin başlaması barədə razılıq əldə edildiyi bildirilib.

    Bu barədə açılama verən Türkiyə Xarici İşlər Nazirliyi "Suriyada toqquşan tərəflər arasında ölkə daxilində 30 dekabr saat 00:00 etibarilə atəşkəs başlaması barədə razılığa gəlinib", - deyə məlumat verilib.

    Öz növbəsində məsələ ilə bağlı Rusiya Federasiyasının prezidenti Vladimir Putin də açıqlama verib. O, Suriyada hökumət qüvvələri ilə silahlı müxaliflər arasında atəşkəsin təmin olunduğunu açıqlayıb. Putin bildirib ki, artıq atəşkəs müqaviləsi imzalanıb.

    Açıqlamada Suriyada əldə olunan atəşkəs razılığı ilə bağlı "Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatı olaraq qəbul edilən qruplar bu razılığın xaricdədir. Bu tənzimləməyə Türkiyə və Rusiya Federasiyası təminatçı olaraq dəstək verir", - sözləri vurğulanıb.

Log in to like or comment.