Tortların, pirojnaların sevimli kremi – “ZAVARNOY”

Bişmiş krem - Bu krem ingilis kremi də adlanır. Demək olar, bütün şirniyyatlara istifadə etmək olar.

Ərzaqlar:

Yumurta sarısı – 6 ədəd
Süd – 500 ml.
Şəkər tozu – 5 x.q.
Un – 2 x.q.
Vanilin – 5 qr.

Hazırlanması:

Yumurta sarıları şəkərin 1/3 hissəsi ilə, təxmini 2 qaşıq şəkərlə çalınır, bura un əlavə edilir və yaxşıca qarışdırılır.
Dərin kiçik qab ocağa qoyulur, süd bura tökülür. İçinə vanilin səpilir. Qalan şəkəri də bura qatıb, orta odda, daim qarışdıraraq, qaynar hala gətirilir. Qaynara düşən kimi nazik axınla  və asta şəkildə yumurta qarışığını bura əlavə edib, qarışdırmağa davam edirsiz. Elə edin ki, kütlədə topacıq qalmasın. Sonra məhlulu süzgəcdən başqa təmiz qazana tökün və zəif odda içində qabarcıqlar yaranana kimi qarışdırıb bişirin.  Daha 2-3 dəqiqə bişirib, oddan götürüb, şüşə qaba tökün.
Krem istifadə olunana kimi üzəri plyonka ilə örtülməsin deyə, qida plyonkasını kremin üzərinə yapışdırıb, barmaqlarınızla yüngülcə basıb kremin üzərini bağlayın. İstifadə edəndə bu plyonkanı götürüb, kremi qarışdırıb, tortun üzərinə yaya bilərsiz... #sufrem #recipes #cream #metbex #dadli #zavarnoykrem #azstagram #kulinariya
102 likes
  • sufrem.azTortların, pirojnaların sevimli kremi – “ZAVARNOY”

  • hanim.eller@sufrem.az bu kremi hec sevmirem,demek olarki cox az istifade edirem,ama teqdimatiniz o qeder gozel gorsenirki,deyesen mende sevecem bunnan sonra)))
  • efsane__91@sufrem.az bu kreme yag qatilmir?xais edirem cavablandirasiz
  • sufrem.azTesekkurler xanimlar! Xeyr yag qatilmir.
  • efsane__91Cox sag olun @sufrem.az
  • elvinilkane@teacher_huseynova
  • teacher_huseynovaSagol canim.qeyd eledim.gelen defe prob edecem @elvinilkane
  • laman.orujova@sufrem.az zavarnoy kreme yag vurulmasa o krem halina gelmez. Sadece horra olacaq. Zavarnoy kreme mutleqdir yag vurulsun.
Log in to like or comment.