Cəmi 42 il yaşadı. Amma bu  qısa ömrünə, milyonlarla ınsanın  sevgisini sığdıra bildi. 
Komplekssiz- azad biri idi. Onu dinləyərkən  əzab çəkən, amma həyatın çətinlikləırindən sınmayan ürəyin səsini eşidirsən. Onun ürəyi sevgi, nifrət, azadlıq, cəsarət və mərhəmət dolu idi... Vısotski zamanının ən cəsarətli insanlarından idi. Yaşadığı Sovet rejimi belə onu öz çərçivəsinə sala bilmədi.  Sovet itifaqının ən azad vətandaşı adını qazanan Vısotski, bəlkədə müstəqil şəkildə Avropa və Amerikaya səfər edə bilən yeganə Sovet vətəndaşı idi. O,  azadlıqdan, sevgidən, müharibədən bəhs edən mahnılar oxuyurdu. Onu dinləyərkən sevmək, ağlamaq, üsyan etmək, bəzənsə ölmək duyğusu baş qaldırırdı. Amma həmin anlarda, sadəcə onu dinləmək üçün yaşamağ istəyirdin... Marina Vladi... Vısotskinin həyatında bir çox qadın olsa da, onun şahzadəsi məhz gözəl fransız aktrisası Marina Vladi idi.Həsrət dolu böyük sevgi... Bu iki insanın münasıbətlərini məhz belə adlandırmaq daha məntiqli olardı. Böyük cütlük əvvəlcə bir yerdə olduqlarını, daha sonra  evliliklərini cəmiyyətdən gizlətdi. Nə qədər qəribə səslənsə də ONLAR BİRLİKDƏ, AMMA AYRI-AYRI YAŞADI... Biri məhəbbət şəhəri Parisdə, digəri imperiya mərkəzi  Moskvada. Marina Vladi-  Avropanın ən gözəl xanımlarından hesab olunan bu qadın, sevdiyi kişinin ölüm xəbərini telofonla eşitdi. Vısotskinin dostunun dilindən səslənən bu iki söz Paris-Moskva, Marina və Vladimir arasında yaşanan böyük məhəbbətin son  nöqtəsi idi: “Vladimir umer.” Vısotski öldü... Amma təbii ki, cismən. Çünki, onun mənsub olduğu böyük ruh, artıq çoxdan idi ki,  mahnıları və şeirləri ilə milyonların qəlbində yaşamağa başlamışdı. O,  sevilir... Adını daşıyan  onlarla muzey, musiqi məktəbi, musiqi qrupları var.  Sevgı,  ölüm,  azadliq, inqlab şairi  Vısotski,  bu dəyərlər var olduğu qədər yaşayacaq, deməli heç vaxt ölməyəcək... Ölümündən bir qədər əvvəl verdiyi sonuncu müsahibəsində jurnalıstin, “aktyor olmasaydız kim olmaq istəyərdiz” sualına,  Vısotski BELƏ CAVAB VERİR  Sonra, sanki  lap az vaxtı qaldığını hiss edirmış kimi,” Görəsən nə qədər vaxtım qalıb”  deyə soruşur. Bundan cəmı 10 ay sonra, 42 yaşlı Vısotski bizi tərk edir
18 likes
  • media.companyCəmi 42 il yaşadı. Amma bu  qısa ömrünə, milyonlarla ınsanın  sevgisini sığdıra bildi.

  • 3_d_pen_ast🔝...
Log in to like or comment.